Artıq 1,5 milyondan çox insana koronavirusa qarşı “Sputnik V” peyvəndi vurulub.
FED.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İnvestisiya Fondu məlumat yayıb.
Qeyd edilib ki, peyvəndin əks təsiri qeydə alınmayıb.
Xatırladaq ki, dekabrın ortalarından Rusiyanın bütün bölgələrində peyvəndləmə aparılır.