Moskva, Sverdlovsk, Ryazan, Kalininqrad, Kursk, Leninqrad vilayətləri, eləcə də Krasnodar və Stavropol diyarlarında yerləşən daha 13 heyvandarlıq məhsullarının istehsalı müəssisəsi Azərbaycana ixrac həyata keçirmək hüququnu təsdiqləyib.
Cəlilabadda qanunsuz at əti kəsimi ilə məşğul olan şəxslər - SAXLANILIB
FED.az xəbər verir ki, “Rosselxoznadzor”un materiallarına görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin əyani və videoformatda apardığı yoxlamaların nəticələri əsasında qəbul edilib.
“Hazırda Azərbaycan tərəfi əvvəllər respublikaya tədarük həyata keçirmiş 40-dan çox RF müəssisəsində videoformatda yoxlama aparmağı planlaşdırılır”, - deyə məlumatda vurğulanır.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 523 saylı Qanununun qüvvəyə minməsi ilə əlaqədar əvvəllər attestasiyadan keçmiş müəssisələrdən məhsul ixracına Azərbaycanın səlahiyyətli qurumunun mütəxəssisləri tərəfindən yoxlama aparılmadan 31 dekabr 2023-cü il tarixinədək icazə verilib.
Eyni zamanda, yoxlamadan keçmiş, lakin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə müqavilə bağlamamış və ya onun şərtlərini yerinə yetirməyən müəssisələr tərəfindən ixrac bütün tələblər yerinə yetirilənə qədər qeyd olunan tarixdən əvvəl məhdudlaşdırıla bilər.
“Rosselxoznadzor” yoxlamalardan keçməyin zəruriliyi və institut tərəfindən bu cür yoxlamaların ödənişli əsaslarla aparılması barədə məlumatları dəfələrlə müəssisələrin diqqətinə çatdırıb.
Azərbaycan qanunvericiliyinə uyğun olaraq ödənişi ixracatçının özü və ya şirkətin Azərbaycan Respublikasındakı idxalçısı həyata keçirə bilər. (İnterfaks-Azərbaycan)