Rusiyadan Əskərov Şəmistan Kidır oğlu tərəfindən idxal olunan 20 450 kq toxumluq kartof məhsulunda və “AZ-AQRO FARM” MMC tərəfindən idxal olunan 19 950 kq ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm (“Ditylenchus destructor Thor.”- kartof gövdə nematodu, “Clavibacter michiganensis subsp. Sepedonicus” -kartof yumrularında halqavari çürümə ) aşkar olunub.
Gürcüstandan idxal edilən kartof çürük çıxıb – FOTOLAR
FED.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Agentlikdən verilən məlumata əsasən, istifadəyə yararsız kartof məhsulu partiyalarının məhv edilməsi barədə qərar qəbul edilib.