Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
“Napoleon Hall” restoranının fəaliyyəti məhdudlaşdırıldı, sahibi cərimələndi - FOTO
AQTA-dan FED.az-a verilən xəbərə görə, idxalatçı şirkət “Seyfi 22” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi “Darkuş Aqro” MMC-nin istehsalı olan 20 ton günəbaxan tumu məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Aflatoksin B1 aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.