Rusiyadan Azərbaycana gətirilən kartofda zərərverici aşkarlanıb.
Eləcə də bax: Dağıstandan idxal olunmuş kartoflarda çürümə - AŞKARLANIB
Bu barədə FED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd olunub ki, bu ilin 14 sentyabr - 6 oktyabr tarixlərində Rusiyadan idxal olunmuş toxumluq və ərzaqlıq kartof məhsulu partiyaları üzərində aparılan fitosanitar nəzarət tədbirləri çərçivəsində 16 halda karantin tətbiq olunan zərərli orqanizm (“Clavibacter michiganensis subsp. Sepedonicus” - kartof yumrularında halqavari bakterial çürümə) aşkar edilib.
Agentlik tərəfindən istifadəyə yararsız toxumluq və ərzaqlıq kartof məhsulu partiyalarının məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Eyni zamanda müvafiq araşdırma aparılması və nəzarət tədbirlərinin artırılması məqsədilə Rusiya Federasiyasına məktub göndərilib, fiziki şəxslər Mahmudov Rafael Niyazi oğlu, Qurbanov Tahir Abdusalamoviç, Sovzixanov Nurdin Sovzixanoviç, “OOO AA Treyd İmport” tərəfindən ixrac olunan toxumluq və ərzaqlıq kartof məhsullarının ölkə ərazisinə idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.