Rusiyada ucuz dərmanların istehsalı dayandırıla bilər.
FED.az xəbər verir ki, ucuz dərmanların həyati əhəmiyyət daşıyan preparatların siyahısından çıxarılması nəzərdə tutulur.
Bunlar istehsal dəyəri satış qiymətindən baha başa gələn 50 dərman növüdür. Parasetamol, ibuprofen, dimedrol və başqaları bu dərmanlara aiddir.
Bu addımı koronavirusun yayılmasına görə idxalın bahalaşması və nəticədə, dərmanların istehsalının baha başa gəlməsi ilə izah edirlər.
Oxu