Koronavirus pandemiyası fonunda Rusiya hökuməti tibbi maska və əlcək satışına məhdudiyyət tətbiq edib.
FED.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nazirlər Kabinetinin saytında məlumat yerləşdirilib.
Eləcə də bax: Rusiyada bir gündə 1 000-ə yaxın insan - KORONVİRUSA YOLUXDU
Məlumatda hökumətin tibbi maska və əlcək daxil olmaqla, bir sıra tibbi ləvazimatların topdan və pərakəndə satışına məhdudiyyət tətbiq etdiyi bildirilib.
Sənəddə ancaq farmatsevtika fəaliyyəti ilə məşğul olmağa lisenziyası olan profil təşkilatlara bu məhsulların alış və satışına icazə verildiyi qeyd olunub.
Apa