Rusiyada meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə Rospotrepnodzor məlumat yayıb. Bildirilib ki, meymunçiçəyi virusu Avropadan qayıdan bir gəncdə aşkar edilib. O bədənində meymunçiçəyindəki kimi səpmələrdən şübhələnib və onda virusun olduğu təsdiqlənib.
«Rospotrepnodzor» bildirir ki, xəstəlik yüngül formada keçir və pasiyentin həyatına təhlükə yoxdur, onu xəstəxanaya götürüb və ətraf aləmlə təmasları məhdudlaşdırılıb.
Qeyd edək ki, indiyədək meymunçiçəyi vurusu onlarla ölkədə yayılıb. İlk dəfə mayın 7-də qeydə alınandan sonra virusla yoluxmalar ABŞ, İspaniya, İsveç, Belçika, İsrail, BƏƏ, Portuqaliya, Finlandiya, Polşa və başqa ölkələrdə qeydə alınıb.
Bir neçə həftə əvvəl meymunçiçəyi vurusuna yoluxma Azərbaycanın digər qonşusu – Gürcüstanda da qeydə alınıb.