Rusiyada son bir gündə 2 774 nəfərə koronavirus diaqnozu qoyulub, 22 nəfər virusun qurbanı olub.
FED.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Eləcə də bax: Rusiyada şirkətlərin 25%-i işçilərin maaşlarını - AZALDACAQ
Məlumata görə, bununla da yoluxanların sayı 21 102 nəfərə, ölənlərin sayı 170-ə, sağalanların sayı isə 1 694 nəfərə çatıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 1 489.
Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 926 000-i ötüb. Bunların 452 614 nəfəri sağalıb, 119 732 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Report