Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) yanında “Vektor” Virusologiya və Biotexnologiya Elmi Mərkəzi koronavirus infeksiyasına qarşı peyvənd hazırlayıb.
Eləcə də bax: “Yeni peyvənd və müalicə haqda yaxşı xəbərlər var” - ÜST RƏSMİSİ
FED.az xəbər verir ki, bu barədə mərkəzin direktoru Rinat Maksyutov “Rossiya 1” telekanalına məlumat verib.
Sözügedən peyvəndi burun vasitəsilə yeritmək mümkün olacaq.
Mütəxəssis həmçinin mərkəzin infeksiyanı müalicə etmək üçün ən təsirli üç preparatı seçdiyini də qeyd edib.
Peyvəndin kliniki sınaqlarına iyunun sonunda başlanması və sentyabrda başa çatdırılması gözlənilir.
R.Maksyutovun sözlərinə görə, artıq peyvəndin kütləvi istehsalı ilə bağlı hazırlıqlara da start verilib.
Oxu