Rusiyada insana zərərli olan fastfud yeməklərini xüsusi nişanla markalayacaqlar. FED.az xəbər verir ki, bu barədə Tatarıstan Respublikasının uşaq ombudsmanı, milli valideyn komitəsinin yaradıcısı İrina Volınes təklif irəli sürüb. Təklifə əsasən fastfud istehsalçıları öz məhsullarının üzərində onun dəqiq tərkibini göstərməlidirlər, üstəlik bu məhsulların üzərində belə yeməklərin insana zərəri barədə yazı və şəkillər yerləşdirilsin.
İrina Volınes bildirib ki, fastfud və evdə yemək hazırlamaq üçün satılan polufabrikatların tərkibində
Kanserogenlər, transyağları, eləcə də şəkər, duz və piylər var. Bütün bunlar belə konsentrasiyada və miqdarda insan orqanizmi, xüsusilə uşaqlar üçün çox təhlükəlidir.
Təklif olunan qaydaya görə, fastfud və zərərli polufabrikat istehsalçıları məhsulun üzərində onun zərəri barədə məlumatı – bağlamanın rəngi ilə kontrast təşkil edən rəngdə vurmalılırdar. Daha sadə desək, xəbərdarlıq yazıları elə rəngdə olmalıdır ki, bağlamanın rəngindən ciddi şəkildə fərqlənsin.
Bundan başqa «Tərkibində sağlamlıq üçün zərərli birləşmələr var» sözü bütün bağlamanın sahəsinin 7%-dən az olmayan sahəsini tutmalıdır. Belə məhsulların qəbulunun nəticəsi, o cümlədən yaratdığı xəstəliklər barədə şəkillər bağlamanın sahəsinin azı 50%-ni tutmalıdır.
Qeyd edək ki, bu Rusiyada fastfuda qarşı ilk təşəbbüs deyil. Bir qədər əvvəl Sosial Tədqiqatlar və vətəndaş təşəbbüsləri institutunun direktoru Maksim Petunin Səhiyyə naziri Mixail Muraşkoya məktub yazaraq ölkə ərazisində fastfudun reklamanı məhdudiyyətin qoyulmasını təklif etmişdi.