Rusiyanın "Gerofarm" şirkəti Azərbaycanda insulin istehsalına başlayacaq.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın ticari nümayəndəsi Ruslan Mirsayapov "İzvestiya" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, istehsalı bu il başlatmaq planlaşdırılır.
"Hazırda Azərbaycanda insulin istehsal olunmur, ölkə onu tamamilə idxal edir. Lokallaşdırma dərman vasitələrini azərbaycanlı pasiyentlər üçün daha əlçatan edəcək", - R.Mirsayalov deyib
Daha sonra nümayəndə "Gerofarm"ın artıq Qazaxıstanda insulin istehsalı ilə məşğul olduğunu qeyd edib.
Xatırladaq ki, şirkət, həmçinin, Özbəkistanda bu cür layihə işə salmağı planlaşdırırdı. Lakin daha sonra kommersiya məsələləri ilə əlaqədar fikir ayrılıqları səbəbindən layihə dayandırıldı (Trend).