Rusiya “Sputnik V” peyvəndinin mutasiyaya uğramış “COVID-19”un yeni növünə qarşı təsirli olacağını açıqlayıb.
Eləcə də bax: Koronavirusun yeni növü yayılır - PEYVƏNDLƏR TƏSİR ETMƏYƏ BİLƏR
FED.az xəbər verir ki, bu barədə ölkənin Birbaşa İnvestisiya Fondu (RDIF) prezidenti Kirill Dmitriyev bildirib.
O qeyd edib ki, “Sputnik V” İngiltərədə ortaya çıxan virus daxil olmaqla bütün koronavirus mutasiyalarına qarşı təsirli olacaq.
“Bu, Qamaleya Araşdırma Mərkəzi ilə qiymətləndirmələrimizə əsaslanır. “Sputnik V”nin əvvəlki modifikasiyalarla, S-proteinlə çox yaxşı və keyfiyyətli bir şəkildə mübarizə apardığını gördük. Bu səbəbdən ilkin təhlillər “Sputnik V”nin də bu mutasiyaya və digər mutasiyalara qarşı təsirli olacağını təsdiqləyir”,- deyə Dmitriyev vurğulayıb.(Qafqazinfo)