Rusiya Elmlər Akademiyasının (REA) mütəxəssislərinin iştirakı ilə koronavirus infeksiyasının müalicəsində istifadə edilə bilən üç vaksin hazırlanır.
Eləcə də bax: ISESCO koronavirusa qarşı vaksini hazırlayana 200 min dollar - MÜKAFAT VERƏCƏK
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.
REA-nın vitse-prezidenti, Tibbi-Bioloji Elmlər Bölməsinin rəhbəri, akademik Vladimir Çexonin deyib ki, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsində COVID-19-a qarşı çoxvalentli vaksinin prototipi işlənilir: "Həmçinin Şemyakin və Ovçannikov adına Bioorqanik Kimya İnstitutunda koronavirus zülallarının rekombinant fraqmentlərindən istifadə olunmuş virusabənzər hissəciklər əsasında COVID-19-a qarşı müasir yüksəktexnologiyalı vaksin hazırlanır. Vavilov adına Ümumi Genetika İnstitutunda hazırlanan vaksin öz səthi üzərində koronavirusun üç zülalını saxlayır. Bu isə, eyni zamanda, çoxvalentli vaksin yaratmağa kömək edəcək”.
V.Çexonin bildirib ki, REA ilə Təhsil və Elm Nazirliyi tərəfindən yerinə yetirilən bu üç layihəyə Səhiyyə Nazirliyi böyük önəm verir.
Report