Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın 12 müəssisəsindən pomidor və almanın tədarükünə icazə verib.
Eləcə də bax: Rusiyanın qadağaları Azərbaycanın pomidor şirkətlərinə - 40 Milyon Dollar Zərər Vurub
FED.az xidmətə istinadən xəbər verir ki, 2021-ci il dekabrın 6-sından 7-si pomidor, 5-i alma istehsal edən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor və alma idxalına icazə verilib.
Qərar Azərbaycanın səlahiyyətli orqanı tərəfindən Azərbaycan Respublikası ərazisində pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələri, laboratoriya sınaq protokollarının və monitorinq aktlarının öyrənilməsi, habelə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təminatları əsasında qəbul edilib.
Pomidor idxalına icazə verilir:
- “Zirə Sera” MMC (Xətai rayonu);
- Qumbətov Xəyal (Yasamal rayonu);
- “Müslüm və” MMC (Masallı rayonu);
- Arifzadə Sənan Azər oğlu (Yasamal rayonu);
-Abdullayev Razi Fərman (Samux rayonu);
- Nəbiyev Ramil Qiyabi (Gəncə şəhəri);
- Heydərov Kamil Nizami oğlu (Şəmkir rayonu).
Alma idxalına icazə verilir:
- “Çaparxana Kənd Təsərrüfat Müəssisəsi” MMC (Quba rayonu);
- “ENERGY AGRO COMPANY” MMC (Yasamal rayonu);
- “ART AGRO” MMC (Binəqədi rayonu);
- “AGRO TEAM” MMC (Nəsimi rayonu);
- "AGRO QUBA" MMC (Nəsimi rayonu).
İndiyədək Rosselxoznadzor Azərbaycanın 211 müəssisəsindən və 1 kooperativdən pomidor, 76 müəssisəsindən alma tədarükünə icazə verib.
2020-ci il dekabrın 10-dan "Rosselxoznadzor" karantin obyektlərinin (Cənubi Amerika pomidor güvəsi) aşkar edilməsi halları ilə əlaqədar olaraq Azərbaycandan alma və pomidorun tədarükünə müvəqqəti məhdudiyyətlər qoyub. (Marja)