Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsinin mütəxəssisləri Azərbaycandan daxil olan15 tona yaxın bibər partiyasında Qərb çiçək tripsi aşkar ediblər.
Eləcə də bax: Azərbaycana gətirilən bibərdə virus - AŞKARLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı İntefaks-a istinadən xəbər verir ki, “15 ton təzə bibər partiyasına baxış zamanı (mənşə ölkə Azərbaycan) Rusiya Federasiyası üçün karantin obyekti olan Qərb çiçək tripsi (Frankliniella occidentalis Pergande) aşkarlanıb”, - deyə məlumatda bildirilir.
Həyat qabiliyyətli karantin obyektinin mövcudluğu “Ümumrusiya bitki karantini mərkəzi” FDBM-in mütəxəssislərinin apardığı laboratoriya ekspertizası tərəfindən təsdiqlənib.
RF-nin fitosanitar qanunvericiliyinə uyğun olaraq bibər partiyası Azərbaycan ərazisinə (yükgöndərənin ünvanına) geri göndəriləcək.