Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində pandemiya ilə bağlı görülən işlərə dair hesabat açıqlayıb.
Eləcə də bax: “Şirvanşah” restoranında kobud pozuntular - Aşkarlanıb - FOTO
FED.az xəbər verir ki, 1-18 fevralda AQTA əməkdaşları 12 476 monitorinq həyata keçirib və 592 nöqsan aşkar edib.
Ən çox aşkar olunmuş nöqsanlara gəlincə, işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsinə görə 491 (83 %), masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmamasına görə isə 71 (12 %) fakt qeydə alınıb.
Ümumilikdə ötən ilin sentyabr ayının 25-dən etibarən AQTA ölkə üzrə fəaliyyət göstərən 11 499 ictimai iaşə müəssisəsində 45 254 monitorinq həyata keçirib və 2 699 nöqsan aşkar edib.