“İlk olaraq rezident göndərmək üçün 31 xəstəxana nəzərdə tutulmuşdu. Mən hesab edirdim ki, bu həddən artıq çoxdur”
İcbari tibbi sığortada "müştərək maliyyələşmə" mexanizminin tətbiqi - DAHA 1 İL TƏXİRƏ SALINIR
FED.az əbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, bu gün hər xəstəxanaya rezident göndərmək olmaz: “Bizim səhiyyə naziri ilə də söhbətimiz olub. Bu xəstəxanaların sayı azaldılmalıdır. Rezident hazırlaya bilən xəstəxanalara, klinikalara rezidentlər göndərilməlidir. İmkanları məhdud xəstəxanalara rezident göndərmək olmaz”.
Deputat Rəşad Mahmudov təklif edib ki, rezidentura ilə bağlı komitədə dinləmə keçirilsin: “Rezidentlərə aylıq verilən 350 manat çox azdır, bu, səhiyyədə kadr islahatına vurulan zərbə deməkdir”. (Apa)