Ağstafada kütləvi zəhərlənmə olub, restoranın fəaliyyəti məhdudlaşdırılıb.
Bakıda restoranda zəhərlənmə olub, AQTA araşdırmaya başlayıb
FED.az xəbər verir ki, hadisə martın 13-də baş verib.
Qida zəhərlənməsi ilə bağlı axşam saatlarında 10 nəfər xəstəxanaya müraciət edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, martın 13-də Ağstafa şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində 10 nəfərin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Qeyd edək ki, zəhərlənmə səbəbindən xəstəxanada müalicə olunan 7 nəfər də bu dünən ambulator nəzarətə götürülməklə evə buraxılıb.