Azərbaycanda koronavirus xəstələrinin evdə müalicəsinə başlanacaq.
FED.az-ın məlumatına görə, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bu prosesə tezliklə start verilsin, indi hazırlıq işləri görülür: “Söhbət o şəxslərdən gedir ki, xəstəliyin heç bir simptomu yoxdur və ya çox zəifdir. Təbii ki, həmin şəxsləri poliklinika da müşahidə altına alır. Dünyada hətta orta ağır xəstələr də evdə müalicə olunur. Biz orta ağır və üzəri bütün risk qrupu olan, 45 yaşdan yuxarı şəxsləri xəstəxanaya gətirəcəyik. 45 yaşdan aşağı simptomu zəif olan xəstələr evdə müalicə olunacaq".
TƏBİB rəhbəri bildirib ki, buinun üçün poliklinikalarda xüsusi elektron xidmət tətbiq olunacaq: "Poliklinikalar gündə 2 dəfə müxtəlif vaxtlarda zəng edəcək, alqoritmlərə uyğun suallar ünvanlayacaqlar. Həmin suallara verilən cavablara əsasən qrafiklər üzərində xəstələrin xəstəliyinin gedişatı barədə məlumatımız olacaq. İki həftə müddətində onlar simptomsuz şəkildə olsalar, müalicələrini evdə davam etdirəcəklər".