“Rusiyada bu ilin fevralında bir neçə nəfərdə aşkarlanan “quş qripi”nin yeni növü olan A(H5N8) çox güman ki, tezliklə mutasiyaya uğrayacaq və insandan insana keçəcək”.
Eləcə də bax: "Quş qripi" xəstəliyinin Azərbaycanda yayılma - Riski Artıb
FED.az xəbər verir ki, bunu “Rospotrebnadzor”un rəhbəri Anna Popova TASS-a müsahibəsində deyib.
O bildirib ki, bunun baş vermə ehtimalı olduqca yüksəkdir.
A. Popova qeyd edib ki, belə bir ssenariyə hazır olmaq, testlər hazırlamaq və peyvənd yaratmağın vaxtıdır.
“Təhlükəni görüb dünyanı xəbərdar edə bildik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, ötən ay Rusiyada quşçuluq fermasının 7 nəfər əməkdaşında yeni növ “quş qripi” aşkarlanıb. (APA)