Pfizer və Moderna kimi əczaçılıq şirkətləri yeni növ koronavirus infeksiyasına qarşı hazırladıqları peyvəndlərin könüllülər üzərində təcrübə aparıldığı zamanı yarana biləcək əks təsirlərə görə məsuliyyətə cəlb edilməyəcəklər.
Eləcə də bax: Azərbaycan hansı ölkədən vaksin alacaq? – Rəsmi Açıqlama
FED.az xəbər verir ki, bu barədə CNBC mütəxəssislərə istinadən xəbər verib.
Qeyd olunub ki, bu cür immuniteti şirkətlərə ABŞ hökuməti verib.
Dallasda əmək və məşğulluq üzrə vəkil Roqq Dan bildirib ki, qanuna əsasən, əczaçılıq şirkətləri ümumiyyətlə kifayət qədər mühafizə ala bilmirlər:
“Toxunulmazlıq haqqında qanunun qəbul edilməsi isə çox nadirdir. ABŞ Konqresi peyvəndin vurulması nəticəsində sağlamlığına ziyan dəyən vətəndaşlara vəsaitin ödənilməsi üçün xüsusi fond yaradıb. Amma bu vəsaitdən istifadə edənlərin sayı azdır. Son onilliklər ərzində iddia qaldıran amerikalıların yalnız 6% -i təzminat ala bilib”.
Onun sözlərinə görə, hökumət insanların COVID-19 peyvəndi istehsal edən şirkətləri məhkəməyə verməsini istəmir: “Çünki bu halda dərman yaradan şirkətlər hökumətdən dərman dozası üçün daha yüksək qiymət tələb edəcəklər”. (Report)