"Bu gün xəstəni təcili yardım maşını ilə özəl xəstəxanalara aparmaq üçün vətəndaşdan təxminən 5-6 min manat depozit istənilir. Özəl müəssisələr üçün başadüşülən olsa da, bu, adi insanlar üçün böyük vəsaitdir".
İcbari tibbi sığorta haqlarının dövlət tərəfindən ödənilməsi - MÜDDƏTİ UZADILIR
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev dekabrın 5-də parlamentin plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əksər hallarda həmin məbləğ tibbi sığorta ilə qarşılanmır.
"Ona görə də gərək dövlət xəstəxanalarına daha çox önəm verək. Həmin xəstəxanalar da müasir avadanlıqlarla sürətli şəkildə təchiz olunmalıdır”, - deputat vurğulayıb. (Report)