ABŞ-da yerləşən beynəlxalq biofarmasevtik şirkəti Merck & Co. Inc (MSD), Ukraynadakı hadisələr fonunda Rusiyaya əlavə investisiyaların dayandırıldığını elan edib.
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü şirkət nümayəndəsinə istinadən Reuters agentliyi məlumat yayıb.
Lakin şirkət ölkəyə həyati vacib dərmanlar və peyvəndlər tədarükünü davam etdirəcək. (Marja)