“Dərman vasitələri haqqında” qanuna müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü il tarixindən ölkədə elektron resept sisteminə keçid nəzərdə tutulub.
Azərbaycanda dərman zavodlarının açılışı dərman qiymətlərinə necə təsir edəcək? - VIDEO
Bəs elektron reseptə keçid dərmanların keyfiyyətinə necə təsir göstərəcək?
FED.az xəbər verir ki, farmokoloq Aydın Əliyev bildirib ki, elektron resept səhiyyə sisteminə müsbət təsir edəcək.
"Elektron reseptdə həkim dərman yazanda onun adını yox, tərkibini göstərməlidir. Elə dərman var ki, onun müxtəlif ticarət adları var. Onların tərkibindəki maddələri dəyişirlər, keyfiyyəti azaldırlar. Lakin elektron reseptə keçdikdə artıq dərmanın tərkibi yazılacaq. Bununla həm dərmanın keyfiyyəti, tərkibi göstərilir, həm də xəstəyə hansı məqsədlə yazıldığı bilinir. Daha əsas lazım olan dərmanın əvəzedicisi, fərqli dərmanlar yazılmayacaq.
Həkimlərin resept yazarkən pasiyenti müəyyən firmalardan gələn dərmana yönəltməsi məsələləri qabardırıldı. Amma elektron sistemə keçid bunun qarşısını alacaq", - deyə farmakoloq deyib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən aptek təşkilatlarında müvafiq yoxlamalar aparılır. Yoxlamalar zamanı dərman vasitələrinin buraxılması, xüsusən resept əsasında buraxılan dərman vasitələrinə dair ciddi nəzarət tədbirləri həyata keçirilir. Qanun pozuntuları aşkar edildiyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür. (Trend)