"Diamed Medical Group"a daxil olan "İdeal Tibb Şirkəti" MMC 2021-ci ili 252 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 102 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"İdeal Tibb Şirkəti"nin 2021-ci ildə xalis mənfəəti 2020-ci illə müqayisədə 2,5 dəfə artıb.
FED.az xəbər verir ki, "İdeal Tibb Şirkəti" MMC-nin xidmətlərdən gəlirləri 2020-ci ildə 1 milyon 598 min manat ikən, 2021-ci ildə 2 milyon 886 min manata yüksəlib (1 milyon 288 min manat və ya 80% artıb).
31 Dekabr 2021-ci il tarixində "İdeal Tibb Şirkəti" MMC 12 milyon 126 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 9 milyon 181 min manat cəmi aktivlərə malik idi.
"İdeal Tibb Şirkəti" MMC "Diamed" tibb mərkəzini idarə edir. Şirkətin Baş tibb mərkəzi Bakı şəh., Ak. H. Əliyev, 493 (köhnə 101) ünvanında yerləşir. Mərkəzin Neftçilər və Sumqayıt filialları da fəaliyyət göstərir. (Marja)