Hindistandan Azərbaycana gətirilən bioloji aktiv qida məhsulu normativ tələblərə cavab verməyib.
“Volt”, “Megastore” və “The Place”da vaxtı keçmiş ərzaqlar aşkarlandı - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi məlumat yayıb.
Belə ki, "Beneva" MMC-nin Hindistandan idxal etdiyi "JMB Pharmaceutıcals" müəssisəsinin istehsalı olan 4500 ədəd "Pregnola" əmtəə nişanlı bioloji aktiv qida məhsulu (01.05.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) müayinələrə cəlb olunub.
Sınaq nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən edilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyası məhv edilib.














