Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Aparatının işçilərinin say həddi artırılıb.
Eləcə də bax: Prezident Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti haqqında - FƏRMAN İMZALADI
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Aparatının işçilərinin say həddi 150, regional bölmələrinin işçilərinin say həddi 900 ştat vahidi müəyyən edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Aparatının işçilərinin say həddi 135, regional bölmələrinin işçilərinin say həddi 665 ştat vahidi müəyyən edilmişdi.
Qida Təhlükəsizliyi Agentliyinin bu Fərmana əsasən artırılmış ştat vahidlərinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək:
-regional bölmələrin 31 ştat vahidi – 2022-ci il noyabrın 1-dən;
- aparatın 15 ştat vahidi və regional bölmələrin 95 ştat vahidi – 2023-cü il yanvarın 1-dən;
- regional bölmələrin 109 ştat vahidi – 2024-cü il yanvarın 1-dən.
Maliyyə Nazirliyinə bu Fərmana uyğun olaraq maliyyələşməni təmin etmək, Agentliyə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.