Qeydiyyatı tələb olunmayan qida obyektlərinin və subyektlərinin siyahısı məlum olub.
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda qeyd olunub.
Fərmana əsasən yarmarkalar, sərgilər və xeyriyyə tədbirləri çərçivəsində təşkil edilən satış obyektləri, ilkin istehsal sahəsində, pərakəndə satış bazarları daxilində və səyyar satışlar vasitəsilə qida məhsullarını satan ailə kəndli təsərrüfatları, qurban bayramı üçün təşkil edilmiş müvəqqəti kəsim yerləri, fövqəladə hallar baş verdikdə qida və yem məhsullarının müvəqqəti saxlanıldığı, hazırlandığı və satıldığı yerlər siyahıya daxildir.