Keçən il ərzində 2142 nəfər narkotik istifadəçisi qeydə alınmaqla xəstələrin ümumi sayı 29448 nəfərə (Bakı şəhəri üzrə 11730 nəfər) çatıb.
Bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.
Onlardan 24056-ı dispanser, 5392-i profilaktik, 893-ü anonim qeydiyyatda olanlardır. İstifadəçilər arasında 18 yaşa qədər 5 nəfər, 612-i qadın, 183 nəfəri toksikomanlar, həmçinin ötən il ərzində qeydiyyata götürülənlərin 1567-i dispanser, 575-i profilaktik olub. 2016-cı ildə qeydiyyatdan çıxanların ümumi sayı 1249 (691-ı dispanser, 558-i profilaktik) nəfərdir.
Qeyd edək ki, 2015-ci ildə xəstələrin ümumi sayı 28 555 nəfər olub.