Banner

Sağlamlıq

Sərhəddə vətəndaşlarımızın kütləvi şəkildə - ÖLKƏYƏ QAYITMASI DAYANDI

Sərhəddə vətəndaşlarımızın kütləvi şəkildə - ÖLKƏYƏ QAYITMASI DAYANDI | FED.az
10:33 29 Fev 2020

Nazirlər Kabineti yanında operativ qərargah koronavirus şübhəsi ilə karantində olan şəxslər barədə növbəti dəfə məlumat yayıb.

Eləcə də bax: İrandan Azərbaycana gələn daha - 34 NƏFƏR XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

FED.az xəbər verir ki, operativ qərargahdan bildirilib ki, karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir:

"Ancaq xüsusilə bildirmək istəyirik ki, sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Vətəndaşlarımız artıq geri dönüblər və hal-hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. Bugünkü gündə bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq. Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hal-hazırda stabildir, heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir".

Report

Digər xəbərlər

Banner