Qazaxıstanda koronavirusun “Omikron” ştamına yoluxma faktı qeydə alınıb.
Eləcə də bax: "Omikron" ştamı yayılsa, sərt tədbirlərə əl atmalı olacağıq"
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, paytaxt Nur-Sultanda 1, Almatıda isə 7 nəfərdə koronavirusun “Omikron” ştamı aşkarlanıb.
Qeyd edək ki, yanvarın 2-dən Qazaxıstanın Janaozen və Aktau şəhərlərində etiraz aksiyaları başlayıb. Kütləvi toplaşma ilə nəticələnən etiraz aksiyaları ölkənin digər bölgələrinə yayılıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar. Hazırda etirazların mərkəzi ölkənin Almatı şəhəridir.