“Dərman vasitələri haqqında” Qanuna edilən dəyişiklik bütövlükdə bu sahədə vəziyyətin yaxşılaşdırılması və qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədi daşıyır. Qanun dəyişikliyi dərman preparatlarının satışı sahəsində daha keyfiyyətli məhsulların satıcılara təklif olunmasına imkan yaradacaq.
Bu qurumlara xaricdən dərman gətirmək - SƏLAHİYYƏTİ VERİLİB
FED.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O qeyd edib ki, ötən illərə nəzər salsaq, müxtəlif dərman vasitələrini eyni əmtəə nişanı adı altında qeydiyyata alındığı və satışının həyata keçirildiyini görərik. Bu da həm qeydiyyatda, həm də satışda müəyyən nizamsızlığın yaranmasına səbəb olurdu. Bu baxımdan da məqsəd bu sahədə vəziyyətin vətəndaşların hüquqlarının qorunması baxımından nəzarətə götürülməsindən ibarətdir. Qanun dəyişikliyi dərman preparatlarının satışı sahəsində daha keyfiyyətli məhsulların satıcılara təklif olunmasına imkan yaradacaq. Dərman preparatlarının qiymətləri də dövlət tərəfindən tənzimləndiyi üçün bu qərar təbii ki, qiymətə də təsir edəcək. Bır sıra dərman məhsulların real qiymətləri ucuzlaşa bilər. Ölkədə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi, lisenziyalaşdırmanın sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək. Yerli istehsalın təşkili və genişləndirilməsi isə bu strateji hədəfləri daha da gücləndirəcək.