"İyun ayının 1-dək uzadılan xüsusi karantin rejiminə bir tədbir də əlavə edilib. Belə ki, bayram günlərində də ictimai nəqliyyat işləməyəcəkdir. Bundan başqa heç bir sərtləşdirməyə qərar verilməyib".
Eləcə də bax: Operativ Qərargahın brifinqi başladı - Canlı Yayım
FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Şahmar Mövsümov əlavə edib ki, yoluxanlar və xəstəxanada yatanlar artsa karantin rejimi sərtləşdiriləcəkdir: "Başqa yol olmayacaqdır, daha sərt karantin rejiminə keçməyə məcbur olacağıq".
Prezidentin kəməkçisi bildirib ki, 40 yaşından yuxarı vətəndaşların vaksinasiyası başlayır.