Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan ( Bakı şəhəri üzrə ) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.
Eləcə də bax: COVID-19-a qarşı ən yaxşı vaksin - Məlum Olub
Bu barədə FED.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verib.
Məlumatda qeyd edilir ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara “COVID-19”la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.