ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) Philip Morris International-a (PMI) məxsus IQOS ILUMA üçün tütün məhsulu müraciətini (TMM) nəzərdən keçirir.
FED.AZ-ın məlumatına görə, PMI hesab edir ki, təklif edilən geniş müraciət paketi, həmçinin yetkin siqaret çəkənlərin daha yaxşı alternativlərə keçidi üzrə sübut olunmuş təcrübəni nəzərə alaraq, bu müraciət FDA tərəfindən sürətlə araşdırılmağa layiqdir.
Bildirilir ki, hazırda ABŞ-da 45 milyon yetkin nikotin istifadəçisi var ki, bunun da təxminən 25 milyonu hələ də nikotinin ən zərərli istehlak forması olan siqaret çəkənlərdir.
Məhz bunları nəzərə alaraq, FDA -ya olunan müraciətdə PMI əsas istiqamət kimi ənənəvi tütün məhsullarından daha yaxşı alternativlər təqdim etməyə fokuslanıb. PMI-nin DRTM müraciətinə IQOS sisteminin siqaret tüstüsü ilə müqayisədə zərərli və potensial zərərli maddələrin xeyli aşağı səviyyədə olduğu aerozol yaratdığını göstərən geniş elmi sübutlar toplusu da daxil edilib.
Qeyd edək ki, PMI tərəfindən 2008-ci ildən indiyədək siqaret çəkməyə davam edəcək yetkin şəxslər üçün innovativ tüstüsüz məhsulların hazırlanması, həmçinin elmi əsaslandırılması və kommersiyalaşdırılması məqsədilə qlobal miqyasda 16 milyard ABŞ dollarından artıq sərmayə yatırılıb. Bu investisiyaların yatırılmasında əsas məqsəd siqaret satışına tamamilə son qoymaqdır.
Sözsüz ki, heç bir tütün məhsulu risksiz deyil. Lakin PMI Yaponiya təcrübəsi göstərdi ki, qızdırılan tütün məhsullarının mövcudluğu yanma yolu ilə istehlak edilən siqaretlərin istifadəsinin nəzərəçarpacaq dərəcədə azalması ilə bağlıdır.
Qeyd edək ki, IQOS kimi qızdırılan tütün məhsulları tütünü yandırmadan qızdırır, bu da yanma nəticəsində yaranan zərərli kimyəvi maddələrin əmələ gəlməsini əhəmiyyətli dərəcədə azaldır, eyni zamanda real tütün dadı və nikotindən məmnunluğu təmin edir.
PMI-nin ambisiyası siqaret çəkməyə davam edəcək bütün yetkinlərin ya tamamilə imtina etməsi, ya da mümkün olan ən qısa müddətdə elmi cəhətdən sübut edilmiş tüstüsüz məhsullara tam keçid etməsidir. Tənzimləyici siyasətlər və qərarlar bu tarixi dəyişikliyin sürətini və miqyasını əhəmiyyətli dərəcədə artıra bilər.













