Səhiyyə Nazirliyi plastik cərrahların rüşvət qarşılığında ixtisaslarının dəyişdirilməsi və onlara sertifikatların verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Prokurorluq plastik və kosmetik əməliyyatlarla bağlı əhaliyə - MÜRACİƏT ETDİ
FED.az xəbər verir ki, Səhiyyə Nazirliyindən deyilib ki, məsələ ilə bağlı Nazirlik hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır.
“Sonda istintaq orqanı tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - Nazirlikdən bildirilib.
Qeyd edək ki, rüşvət qarşılığında ixtisasların dəyişdirilməsi və saxta sertifikatların verilməsində Səhiyyə Nazirliyinin bir neçə vəzifəli şəxsinin adı hallanır.