Artıq çəki və piylənmə müasir dövrdə bütün dünyada cəmiyyət və səhiyyə qarşısında duran ən böyük problemlərindən biridir. Piylənmə ürək-damar xəstəlikləri, insult, şəkərli diabet, metabolik sindrom, mədə-bağırsaq problemləri, tənəffüs sistemi xəstəlikləri, sonsuzluq, bəzi xərçəng növləri kimi bir çox xəstəliklərin yaranmasının səbəbi ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, 1975-ci ildən hazırki vaxta qədər piylənmə ilə əhalinin sayı 3 dəfəyə qədər artmışdır. Ölkəmizdə kişilərin 50.6%, qadınların isə 60.1% artıq çəkidən əziyyət çəkir və dünyanın əksər ölkələrində olduğu kimi, bu cür insanların sayı gündən-günə artmaqdadır.
İctimaiyyətin bu problemə diqqətini cəlb etmək məqsədilə, 2010-cu ildən etibarən, ənənəvi olaraq, hər il may ayında Avropa ölkələrində piylənmə ilə mübarizə günü keçirilir. Azərbaycan Gənclər və İdman Nazirliyi Milli İdman və Reabilitasiya İnstitutu bu təşəbbüsə qoşularaq 18 may, 2019-cu il tarixində Dənizkənarı Park ərazisində “Saat qülləsi” yanında təşkil olunacaq məntəqədə xeyriyyə aksiyasının keçirməsini planlaşdırır.
Aksiya çərçivəsində müarciət edən əhalinin həkim müayinəsindən keçirilməsi, bəzi laborator müayinələrin aparılması, artıq çəki və piylənmə problemləri aşkar olunmuş şəxslərə müxtəlif ixtisaslı həkimlər tərəfindən lazımı tövsiyələrin verilməsi nəzərdə tutulur.
"Piylənmə ilə mübarizə günü"nə həsr olunmuş xeyriyyə aksiyası keçiriləcək
16:59
17 May 2019