Koronavirusa qarşı vaksin istehsal edən “Pfizer” və “Moderna” Avropa İttifaqı üçün bir doza dərmanın qiymətini artırıblar.
FED.az xarici mediaya istinadən xəbər verir ki, “Pfizer” vaksininin bir dozası 15,5 avrodan 19,5 avroya, “Moderna” preparatının bir dozası 22,6 dollardan 25,5 dollara yüksəlib.
Şirkətlər Avropa İttifaqı üçün dəyişən qiymət siyasətinə şərh verməkdən imtina ediblər.(qafqazinfo)