“Dərman qiymətləri çox bahadır. İnsanların özləri üçün gətirdiyi dərmanların gömrükdən keçməsinə icazə verməliyik”.
Eləcə də bax: Büdcə vəsaiti ilə alınmış dərmanlarla bağlı - YOXLAMA APARILIR
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, dərman bazası artırılmalıdır: “Dərman idxal etdiyimiz ölkələrdə də problemlər var. Şərqdən yenə pandemiyanın yeni dalğası gəlməkdədir. Biz buna hazır olmalıyıq”.
Siyavuş Novruzov qeyd edib ki, idxal gömrük rüsumundan azad olan qida məhsulları artırılmalıdır: “Əhalinin sağlamlığının əsasını qida təhlükəsizliyi təşkil edir. Əhalimiz tam şəkildə həm qida, həm dərman, həm də xəstəxanalarla təmin olunmalıdır”. (Apa)