Parisdə hər hansı bir iş üçün evdən çıxan şəxslər (piyada və ya avtomobillə) polisə rəsmi arayış təqdim etməlidirlər. Yalnız xüsusi icazə sənədləri olan şəxslər şəhərə çıxa bilərlər.
Eləcə də bax: Avstriyada küçəyə çıxanlar - 2 000 AVRO CƏRİMƏLƏNƏCƏK
FED.az xəbər verir ki, bu sözləri Fransanın Daxili İşlər naziri Kristof Kastaner ölkə prezidentinin çıxışından sonra ölkədə tətbiq olunacaq yeni qaydaları açıqlayarkən söyləyib.
Qeyd edib ki, koronovirus pandemiyasına qarşı ölkədə xüsusi nəzarət sistemi həyata keçiriləcək və bu məqsədlə 100 min polis və jandarm səfərbər olunacaq. Qaydalara riayət etməyənlər və evdən əsaslandırılmamış şəkildə çıxanlar 38 avrodan 135 avroya qədər cərimə olunacaqlar.
Azərtac