Palma yağlarının Azərbaycana gətirilməsinin qadağan edilməsi təklif edilir.
Komitə sədri: "Bədxassəli şişlərin əmələ gəlməsində trans yağlar əsas amildir"
FED.az xəbər verir ki, bu təkliflə deputat Fəzail Ağamalı parlamentdə “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, deyilənə görə palma yağlarının ərimə temperaturu 37 dərəcədir. “Əgər bu yağlar insan bədənində həll edilmirsə deməli palma yağlarının ölkəyə idxal edilməsi qadağan edilməlidir.
Dövlət Gömrük Komitəsi öz məsuliyyəti çərçivəsində bu məsələləri həll etməlidir. Biz bu qidaların Azərbaycana gətirilməsinin qarşısını ala bilsək, qida təhlükəsizliyi sahəsində inqilabi dəyişiklər edə bilərik”, - deyə o əlavə edib. (Trend)