Paket çaylardan istifadə etmək çox rahatdır. Bu çayların geniş çeşidi hər kəsə arzu etdiyi dadla bağlı seçim etmək imkanı verir. Çayı birbaşa fincanda dəmləyib içmək və asanca fincanı suya çəkib yerinə qoymaq çox cəlbedici görünür. Az əmək sərf edərək içdiyimiz dadlı, ətirli çay hamının xoşuna gəlir. Amma bunun əks tərəfləri də yox deyil.
Paket çayların hazılanması zamanı yarpaq çayların istehsalından qalan hissəciklərdən, daha doğrusu çay tozundan istifadə olunur. Bu qalıqlarda isə heç bir xeyirli maddə yoxdur. Bundan əlavə, paket çaylara istehsal zamanı süni çay rəngləri əlavə edilir. Xoş olmayan kağız və yapışqanın dadını, ətirverici maddələri də qeyd etmək yerinə düşər. Bütün bunlar insan orqanizmində gedən maddələr mübadiləsinə, qaa ciyərə öz təsirini göstərir. Rəngverici maddələr isə allergiya xəstəliklərinə, bəzi hallarda isə xərçəng xəstəliyinin yaranmasına təkan verə bilər.
Paket çayların xüsusiyyətlərindən biri də yarpaq çaya nisbətən daha tünd olmasıdır. Bunun səbəbini bilmək üçün məktəb vaxtı oxuduğumuz fizikanı xatırlamağımız kifayətdir. Dəmlənərkən xırdalanmış çayın toz hissəciklərinin ümumi sahəsi ilə müqayisədə adi xırdalanmamış yarpağın su ilə təmas sahəsi nisbətən aşağı olur. Beləliklə, adi bütöv çay ilə müqayisədə paket çayı daha sərt və möhkəm olur. Və burdan məlum olur ki, istifadə olunan çayın çəkisinin eyni olmasına baxmayaraq, qutu halında olduğu zaman daha tünd olur. Bu isə çay paketinə söyüd, palıd, qovaq yarpağı və bunun kimi bir sıra bitkiləri də əlavə etmək imkanı verir.
Çay həmçinin floridləri toplama xüsusiyyətinə malikdir. Adi qaydada dəmlədiyimiz və açıq içdiyimiz çayda olan floridlər orqanizmimizə öz müsbət təsirini göstərir. Amma qəbul etdiyimiz çayda floridlərin sayının az olması vacibdir. Çünki florid çoxluğu dişlərin parçalanmasına gətirib çıxarır və ümumilikdə sümüklərə əhəmiyyətli dərəcədə mənfi təsir edir. Sümüklərin kövrəkləşməsi, maddələr mübadiləsi və qaraciyərdə problem... Məgər siz bir fincan ətirli çaydan bu qədərini gözləyirsiz?
Paket çay faydalıdırmı?
10:52
10 Avq 2016