Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimai iaşə obyektlərində avqustun 26-da apardığı reydlər zamanı ölkə üzrə 384 ictimai iaşə obyektində 650 monitorinq keçirilib.
FED.az xəbər verir ki, monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, fiziki şəxs Həsənov Əlibala Canalı oğluna məxsus kafe;
2. Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küç., ev 82 ünvanında yerləşən, fiziki şəxs Osmanov Fərid Eldar oğluna məxsus kafe;
3. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr. 31 ünvanında yerləşən, hüquqi şəxs "Özsüt Azerbaijan" MMC-yə məxsus “Özsüt” restoranı;
4. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr. 31 ünvanında yerləşən, hüquqi şəxs "The Mood" MMC-yə məxsus “The Mood” restoranı;
5. Bakı şəhəri, Sabunçu rayonu, Z. Əliyev küçəsində yerləşən, fiziki şəxs Adıgözəlov Anar Həsən oğluna məxsus kafe;
6. Bakı şəhəri, Səbail rayonu, İslam Səfərli küçəsi 1A ünvanında yerləşən, fiziki şəxs Səmədov Abikalam Abi oğluna məxsus “Beyran” restoranı;
7. Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov küç., ev 8 ünvanında yerləşən, fiziki şəxs Ağayeva Cəmilə Yaqub qızına məxsus kafe;
8. Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov küç., ev 12 ünvanında yerləşən, fiziki şəxs Rzalı İsmayıl Şərafəddin oğluna məxsus kafe;
9. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr., ev 174 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Sadiq Hümbət oğluna məxsus kafe;
10. Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsində yerləşən, fiziki şəxs Rəsulov Siyasət Şahlar oğluna məxsus çay evi;
11. Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsi 10 ünvanında yerləşən, fiziki şəxs İsmayılova Günəşə məxsus kafe;
12. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər parkının arxasında yerləşən, fiziki şəxs Məmmədov Teymur Vahid oğluna məxsus "Pizza Line" kafesi;
13. Bərdə rayonu, İsmət Qayıbov küçəsində yerləşən, fiziki şəxs Əlizadə Nicat Səbuhi oğluna məxsus "İmperator" kafesi;
14. Tərtər rayonu, Sancalı kəndində yerləşən, fiziki şəxs Babayev Malik Kamran oğluna məxsus "Cənnət məkan" kafesi;
15. Şəki şəhəri, Kiş kəndində yerləşən, fiziki şəxs Mustafayev Taleh Mais oğluna məxsus “Kiş adası” restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.