Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 393 ictimai iaşə obyektində 674 monitorinq keçirib.
AQTA-dan FED.az-a verilən məlumata görə, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 29C ünvanında yerləşən, fiziki şəxs Axundov Vüqar Qabil oğluna məxsus “Doyum dönər” kafesi;
2. Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr. 108 ünvanında yerləşən, hüquqi şəxs "Baku Hospitality Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Pidem” restoranı;
3. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs. 135 ünvanında yerləşən, fiziki şəxs Şərifli Tehran Rəhman oğluna məxsus restoran;
4. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr. 21 ünvanında yerləşən hüquqi şəxs “Black Star Burger Baku" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Black Star Burger Baku” restoranı;
5. Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 9F ünvanında yerləşən, fiziki şəxs İsmayılov Çingiz Alik oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk pr. 31 ünvanında yerləşən, hüquqi şəxs "Özsüt Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Özsüt Atatürk” restoranı;
7. Bakı şəhəri, Nərimanov rayonu, F.Yusibov 1488 M ünvanında yerləşən, fiziki şəxs Xankişiyev Aslan Elman oğluna məxsus “Qoç Ət” restoranı;
8. Şabran Rayonu, Dəvəçi kəndində yerləşən, fiziki şəxs İsmayılov İlqar Bahadur oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.