Reseptlərdə dərman adının deyil, tərkib hissələrinin yazılması ilə bağlı qaydaya əməl olunmasına dair Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl klinikalarda və apteklərdə aparılan plan üzrə və plandankənar yoxlamalar zamanı nəzarət həyat keçirilirəcək.
FED.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, yoxlayıcılara həkim tərəfindən yazılan və aptekdə əczaçı tərəfindən buraxılan reseptləri görmək hüquqi veriləcəkdir.
"Eyni zamanda elektron resept sistemində dərman vasitələrinin ticari adlarının yazılmasına əlavə texniki nəzarət tədbirləri görüləcək.
Həkimlərin və apteklərdə də çalışan əczaçıların bilik və bacarıqları Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan plan üzrə və plandankənar yoxlamalar zamanı nəzarət ediləcək", - mərkəzdən qeyd edilib.
Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyə əsasən, reseptlərdə dərman adlarının deyil, tərkib hissələrinin yazılması nəzərdə tutulur. Hazırda “Elektron Resept” (reseptim.az) sisteminə mərhələli şəkildə transformasiya olunduğu səbəbindən həkimlər tərəfindən reseptlər müvəqqəti olaraq həm kağız, həm də elektron qaydada yazılır. Lakin bu il ərzində bu sistemə mərhələli keçid başa çatdıqdan sonra reseptlər yalnız elektron qaydada yazılacaq. (Trend)