Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gədəbəy rayonu, Slavyanka kəndində fəaliyyət göstərən Yusifova Nüşabə İbrahim qızına məxsus “Öz Elim” əmtəə nişanlı alkoqolsuz içki (limonad) istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
“Napoleon Hall” restoranının fəaliyyəti məhdudlaşdırıldı, sahibi cərimələndi - FOTO
FED.az Agentliyə istinadən xəbər verir ki, faktlarla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA bildirir ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.