2025-ci ilin mart ayı ərzində 16 tibb müəssisəsində yoxlamalar keçirilib, onlardan 10-da nöqsanlar aşkar edilib.
Qanunsuz çalışan plastik cərrahlarla bağlı araşdırma aparılıb - 14 MÜƏSSİSƏ CƏRİMƏLƏNİB - FOTO
FED.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar İnzibati Xətalar məcəlləsinin 210.1-ci maddəsi üzrə 7, 215.4-cü maddəsi üzrə 2, 215.1-ci və 215.4-cü maddələri üzrə 1 protokol tərtib edilib.
"Aparılan yoxlamalardan 3-ü stomatoloji xidmət ilə əlaqədar olub ki, onlardan 2-də aşkar edilən nöqsanlara görə protokol (İXM 210.1) tərtib edilib.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilərlər.
Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir",- deyə məlumatda qeyd edilib. (Trend)