Sentyabr ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1573 müraciət daxil olub.
AQTA-dan FED.az-a verilən məlumata görə, daxil olan müraciətlərdən 215-i sertifikatlaşdırma və qeydiyyat, 289-u idxal-ixrac əməliyyatları, 216-ı istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Eləcə də bax: Xaçmazda insan istehlakı üçün yararsız ət - AŞKARLANIB
Qida zəhərlənmələri ilə bağlı agentliyə 47 müraciət daxil olsa da, onlardan yalnız 20-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 76-ı işə qəbulla, 730-u isə digər xarakterli müraciətlər olub.