Nazirlər Kabineti yanında Operativ Qərargah növbəti dəfə vətəndaşlara müraciət edib.
FED.az xəbər verir ki, bu barədə Operativ Qərargahdan bildirilib.
Eləcə də bax: Bu gündən Azərbaycanda karantin rejimi - GÜCLƏNDİRİLİR
Qeyd olunub ki, infeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə, şəxsi gigiyena qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, xüsusi karantin rejiminə ciddi əməl etmək tələb olunur.